Dövlət Neft Fondu 2022-ci ilin yanvar-oktyabr ayları üzrə neft gəlirlərini açıqlayıb.
Eləcədə bax: Qarşıdakı 4 ildə Neft Fondundan büdcəyə transfertlər - AZALACAQ
FED.az xəbər verir ki, ilin əvvəlindən keçən 10 ay ərzində (01.01.2022-01.11.2022 tarixinə) Azəri-Çıraq-Günəşli yataqları (Əsrin müqaviləsi) üzrə gəlirlər 8 milyard 326 milyon dollar təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 714 milyon dollar və ya 80,5% artıqdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli üzrə gəlirlər 4 milyard 612 milyon dollar olmuşdu.