2024-cü ilin ilk yarısında Azərbaycan xaricə 12,9 milyard dollarlıq məzsul ixrac edib.
Azərbaycan neftin hasilatını 5%-dən çox azaldıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracın dəqiq həcmi 12 milyard 901 milyon dollar olub.
İxracın böyük hissəsi neft-qaz sektorunun payına düşüb, ilk 6 ayda ölkədən 11,3 milyard dollarlıq neft-qaz və neft məhsulları ixrac edilib – bu ümumi ixracın 87,6%-dir.
Bununla yanaşı, ötən illə müqayisədə neft-qaz gəlirlərinin kəskin azalması müşahidə edilir.
Belə ki, bu il xaricə ümumi dəyəri 7 milyard dollar olan 11,1 milyon neft ixrac edilib, ötən ilə nisbətən bu rəqəm 1,7 milyon ton azdır, belə ki, 2023-cü ilin ilk yarısında Azərbaycandan xaricə ümumi dəyəri 7,8 milyard dollar olan 12 milyon 818 min ton neft satılmışdı.
Qeyd edək ki, bu il neftin qiyməti ötən illə müqayisədə daha yüksəkdir, əks halda neft gəlirləri daha az ola bilərdi. Belə ki, bu il neftin 1 tonu xaricə 630 dollara ixrac edilib. Ötən il isə satılan neftin 1 tonu 608 dollara ixrac edilmişdi.
Əsas problem təbii qazla bağlıdır – 2024-cü ildə Azərbaycanın xaricə satdığı qazın həcmi artsa da, ondan gələn gəlirlər kəskin azalıb.
Belə ki, 2023-cü ilin ilk yarısında xaricə təqribən 11 milyard kubmetr qaz satılmış, bundan 8 milyard dollar gəlir əldə edilmişdi. Yəni qazın 1 min kubmetri 733 dollara satılmışdı.
2024-cü ilin ilk yarısında isə Azərbayxan xaricə satıdığı qazın həcmini artırsa da, ondan gəlirlər azalıb. Belə ki, hesabat dövründə xaricə 11,8 milyard kubmetr qaz satılıb, ondan gəlir isə gəmi 4 milyard 68 milyon dollar olub. Yəni 1 min kubmetr qazın qiyməti 344 dollara enib.