Azərbaycanda neft hasilatı növbəti il də azalmaqdadır.
Rusiya-Ukrayna müharibəsi SOCAR-a necə təsir edəcək? – ŞİRKƏT RƏHBƏRLİYİ VƏZİYYƏTİ İZLƏYİR
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Azərbaycan Bolqarıstana da qaz satacaq - KƏMƏR İŞƏ DÜŞDÜ
Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4% azdır. Xatırladaq ki, 2021-ciilin ilk 6 ayında da neft hasilatı 2020-ci ilin ilk yarısı ilə müqayüisədə təqribən 2% azalmışdı.
2022-ci ilin ilk yarım ilində ölkədə çıxarılan 16,5 milyon ton neftin
10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,
2,2 milyon tonu (kondensat) “Şahdəniz”in
3,9 milyon tonu SOCAR-ın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft 1 milyon ton və ya 8,8% azalıb.
“Şahdəniz”dən çıxarılan kondensat nefti 0,3 milyon ton və ya təqribən 16% artıb.
SOCAR-ın hasil etdiyi neftin həcmi dəyişməyib - 3,9 milyon ton.