Bu ilin fevralında başlayan Rusiyanın Ukraynaya hücumu ilə başlayan Rusiya-Ukrayna müharibəsinin SOCAR-a mümkün təsirləri təsiri açıqlanıb.
Eləcə də bax: Bundan sonra Neft Fondunda nə qədər pul toplanacağı açıqlanıb - MƏBLƏĞLƏR
SOCAR-ın hazırda müharibə aparan hər iki ölkədə, həm Rusiya, həm də Ukraynada aktivləri var. Bu barədə Şirkətin 2021-ci il üzrə hesabatında bildirilir. Hesabatda münaqişənin SOCAR üçün hansı risklər yaratdığı açıqlanmır, amma bildirilir ki, şirkətin rəhbərliyi vəziyyəti izləypir.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə ilə əlaqədar əksər qərb dövlətləri tərəfindən Rusiya Federasiyasına qarşı çoxsaylı sanksiyalar elan edilib. Bu sanksiyalar Rusiya Federasiyasına mənfi iqtisadi təsir göstərmək məqsədi daşıyır.
Hesabata əsasən, 2021-ci ilin sonuna olan vəziyyətə SOCAR-ın Rusiya Federasiyasında və Ukraynada törəmə müəssisələri olub.
SOCAr-ın Rusiyada yerləşən törəmə müəssisənin ümumi aktivləri 139 milyon manat, öhdəlikləri isə 73 milyon manat təşkil edib. Rusiyadakı aktivlər əsasən ticarət debitor borclarından və ehtiyatlardan ibarətdir. Öhdəliklər əsasən ticarət kreditor borclarından və qısamüddətli borclardan ibarətdir.
Şirkətin Rusiya Federasiyasında üçüncü şəxslərlə digər qalıqları var idi ki, bunlar əsasən Rusiya banklarına ümumi məbləği 2 124 milyon manat məbləğində kreditlər və LNG alışları ilə bağlı törəmə maliyyə aktivlərindən ibarət idi. 31 dekabr 2021-ci il tarixinə həmin müqavilələrin ədalətli dəyəri 127 milyon manat təşkil edib.
SOCAR-ın Ukraynada yerləşən törəmə müəssisənin ümumi aktivləri və öhdəlikləri isə müvafiq olaraq 427 milyon manat və 197 milyon manat təşkil edib. Aktivlər əsasən ticarət debitor borclarından, əsas vəsaitlərdən və ehtiyatlardan ibarətdir.
Öhdəliklər isə əsasən ticarət kreditor borclarından, müqavilə öhdəliklərindən və qısamüddətli borclardan ibarətdir.
«Qrup rəhbərliyi mövcud mühitdə iqtisadi vəziyyəti izləyir və Qrupun yaxın gələcəkdə aktivlərini dəstəkləmək üçün zəruri hesab etdiyi ehtiyat tədbirləri görür».