“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,16 – $77,11-dək bahalaşıb.
Eləcə də bax: İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik - Neft Hasilatı Artırılacaq
FED.az xəbər verir ki, ““Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $1,16 və ya 1,53% bahalaşaraq $77,11 təşkil edib. Bu, 2019-cu ilin aprel ayından, bir barelin qiyməti $76-nı ötəndən etibarən “Azeri Light” neftinin qiymətinin ən yüksək göstəricisidir”, - mənbə bildirib.
Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftə nisbətən premiya ilə satılır və qiyməti daha bahadır.
Ötən gün “Brent” markalı neftin bir bareli $75,84 olub.
Azərbaycanın 2021-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.
2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür. (İnterfaks)