Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.
Eləcə də bax: OPEC+: IV rübdə neftə tələbat böhrandan əvvəlki səviyyəni - Üstələyəcək
FED.az xəbər verir ki, bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.
Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.
Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son "tranşını" ləğv edir.
Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi "qara qızıl" istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.
Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda - gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib. (Report)