Avropanın sənaye şirkətləri qiymətlərin rekord səviyyəyə yüksəlməsi fonunda təbii qazın alışını azaltmağa başlayıb.
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" xəbər verir.
Fransanın "Engie EnergyScan" konsaltinq şirkətinin məlumatına görə, 1-10 oktyabr tarixlərində qaz istehlakı böhrandan əvvəlki 2019-cu ilin eyni dövrünə nisbətən 12% az olub. İstehlakdakı azalma sentyabr ayında başlayıb, keçən ilin eyni ayı ilə müqayisədə istehlak həcmi 5% azalıb.
"Avropanın sənaye sektorunda qaza olan tələbatın azalma tendensiyasının başlanğıcını görürük. Almaniya, Niderland və Böyük Britaniyada hazırkı vəziyyətə görə ən aşağı istehlak həcmləri qeydə alınıb. Lakin bu trendin, əsasən də istilik mövsümündə qaza olan tələbatın artığı vaxt, özünü doğruldub-doğrultmayacağını qiymətləndirmək üçün bir neçə həftə gözləməliyik", - deyə "Engie EnergyScan"ın rəhbəri Julyen Hoaro bildirib.
Qeyd edək ki, ötən həftə Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 min dollara yaxınlaşıb. Cari ilin əvvəlindən qazın qiyməti 4 dəfə artıb.
Avropanın ən çox enerji tələb edən şirkətlərindən bəziləri, qazın qiymətinin yüksək olması əməliyyatlarını gəlirsiz hala gətirdikləri üçün əməliyyatlarını dayandırmaq məcburiyyətində qaldı. Qazın bahalaşması əhalinin kommunal xərclərini də artırıb. "Yüksək qaz qiymətləri Avropa iqtisadiyyatının inkişafını ləngidə bilər, çünki sənaye sektoru artıq bundan əziyyət çəkir", - Hoaro əlavə edib. (Apa)