İlin əvvəlindən etibarən qiymətlərin 840% artdığı Avropa qaz bazarındakı vəziyyət Rusiyanın və unun "Qazprom" şirkətinin manipulyasiyasının nəticəsidir və bu, "Şimal Axını 2"nin erkən təsdiqlənməsinə xidmət edir.
Eləcə də bax: Putin qiymət 840% artdıqdan sonra Avropaya - Qaz İxracını Artırmağı Tapşırdı
FED.az xəbər verir ki, cümə axşamı günü Co Bayden hökumətinə Rusiyaya qarşı sanksiya tətbiq edilməsi təklifi ilə Nümayəndələr Palatasının beynəlxalq komitəsinin üzvü, respublikaçı Michael McCall müraciət edib.
"Prezident Bayden və Almaniya kansleri Angela Merkel, Rusiyanın enerjidən "silah" olaraq istifadə etməyə çalışacağı təqdirdə tədbir görəcəyinə söz veriblər. İndi hər ikisi də Putin rejiminin Avropaya təzyiq göstərmək və "Şimal Axını 2"nin sertifikatlaşdırılmasını sürətləndirmək cəhdlərini, Avropanın qaz bazarını manipulyasiya etmək və qitədə ciddi bir enerji böhranı yaratmaq cəhdləri olduğunu iddia etmirlər", -deyə McCall bildirib.
"Bayden administrasiyası "Şimal Axını 2"yə qarşı kritik sanksiyaların istisnalarını dərhal ləğv etmədikcə və boru kəmərini dayandırmadıqda, Rusiya prezidentinə Ukraynaya və digər avropalı tərəfdaşlara qarşı pis niyyətli hərəkətlər üçün daha bir "silah "təqdim edəcək", - Konqresin Beynəlxalq Əlaqələr Komitəsinin internet saytında yerləşdirilən məlumatda deyilir.
Xatırladırıq ki, Fransa və İspaniya da daxil olmaqla, beş Avropa Birliyi ölkəsi elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olan qazın qiymətindəki anormal sıçrayışla əlaqədar araşdırma aparmağa çağırıb. Onlar "qaz ixrac edən ölkələrdən asılılığı ən qısa zamanda azaltmağı" və "enerji təchizatının şaxələndirilməsinə investisiya qoymağı" təklif ediblər. (Marja)