Avropa bazarında qazın qiyməti min kubmetr üçün 1000 ABŞ dollarını ötüb.
FED.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 970 dollarla başlasa da, sonradan artaraq 1017,9 dollara çatıb. Bu isə ötən günlə müqayisədə 15,9% daha artıqdır.