Avropa birjalarında təbii qazın qiyməti Rusiyanın qondarma "DXR" və "LXR"in "müstəqillik"lərini tanıması fonunda kəskin artıb.
FED.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 935 dollar həddinə çatıb.
Hazırda qazın min kubmetri 930 dollar ətrafında alınıb satılır.
Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 10 faizdən çox bahalaşıb.