Avropada qazın qiyməti cümə günü birja ticarəti zamanı azalmaqda davam edir və artıq min kubmetr üçün 1200 dollardan aşağı düşüb.
FED.az London birjasının (ICE) məlumatlarına istinadən xəbər verir ki, yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 1157 dollara düşüb (MVt/saat üçün 98,655 avro)
Günün əvvəlindən qazın qiymətinin ümumi azalması 25%-dən çoxdur.
Dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçmişdi. Bunun əsas səbəbləri yaxınlaşan soyuq hava və Avropanın yeraltı anbarlarında aşağı qaz ehtiyatlarıdır.
Rusiya hökumətinin baş nazirinin birinci müavini Andrey Belousov Forbes-ə müsahibəsində bildirib ki. 2022-ci ilin ortalarına qədər Avropada qazın qiyməti min kubmetr üçün 400 dollara düşə bilər.
“Mövcud hesablamalara görə, 2022-ci ilin ortalarına qədər qazın qiyməti min kubmetr üçün 400 dollara düşəcək" - Belousov deyib.
O, həmçinin qeyd edib ki, qazın qiymətinin hazırkı səviyyəsi ammonium gübrələrinin istehsalının əhəmiyyətli dərəcədə azalmasına və nəticədə onların “kritik çatışmazlığına” səbəb olub. (Marja)