Avropada qazın qiyməti 1000 kubmetr üçün 1 000 dolları ötüb.
FED.az xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.
Məlumata əsasən, Niderlandın TTF habında fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 1 065 dollar təşkil edib.
Bildirilir ki, bir həftə ərzində qiymətdə qeydə alınan ümumi artım təxminən 17 faiz təşkil edib.