Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 615 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 16 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 614,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (727,1 dollar) ilə müqayisədə 15,5% azdır.