Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 560 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 558,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464,3 dollar) ilə müqayisədə 6,4% çoxdur.