Avropada təbii qazın qiyməti 4 %-dək yüksəlib.
FED.az xəbər verir ki, "ICE London" Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri günə 1000 kubmetr üçün 773,7 dollar (+3,7 %) səviyyəsində ticarət olunmaqla başlayıb. Daha sonra təbii qaz 779 dollaradək bahalaşıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 746 dollar) əsaslanır.