Bu gün keçirilən hərraclar zamanı tarixdə ilk dəfə olaraq Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 004 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7 dollar) ilə müqayisədə 16,7% çoxdur.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.