Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 900 ABŞ dollarından aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 23 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 823,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 020 dollar) ilə müqayisədə 9,7%-dən artıq azalma deməkdir.