Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları həddini keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 23 fevral tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 004,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,8% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.