Avropada qaz fyuçerslərinin qiymətləri beş günlük enişdən sonra ticarət sessiyasının sonunda 1 000 ABŞ dollarından bir qədər yuxarı olub.
FED.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.
Ümumi qiymət artımı təxminən 12% təşkil edib.
Ticarət sessiyasının açılışında qiymət 900 ABŞ dollarını bir qədər keçib, sonradan azalma müşahidə olunub (825 ABŞ dolları).
Başlanış qiyməti isə min kubmetr üçün 1022,1 dollardır.