Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 19 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 171,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 270,7 dollar) ilə müqayisədə 7,8% azdır.