Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarınadək aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 17 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 507 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 668 dollar) ilə müqayisədə 9% azalma deməkdir.
Qeyd edək ki, dünən Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 700 dollardan artıq göstəriciyədək yüksəlib.