Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 5 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 463,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 471,8 dollar) ilə müqayisədə 0,6% azdır.