Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 080 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 21 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 072,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 158,4 dollar) ilə müqayisədə 7,4% azdır.