Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 660 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 17 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 661,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (619,3 dollar) ilə müqayisədə 6,8% çoxdur.