Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 920 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 28 dekabr tarixində yanvar r fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 919,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (881,4 dollar) ilə müqayisədə 4,3% çoxdur.