Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 920 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 29 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 924,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (891,6 dollar) ilə müqayisədə 3,7% çoxdur.