Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrın 6-dan ilk dəfə olaraq 650 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 16 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 645,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (727,1 dollar) ilə müqayisədə 11,3% azdır.