Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 700 ABŞ dolları civarında qərarlaşıb.
FED.az xəbər verir ki, 4 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 702,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (788,9 dollar) ilə müqayisədə 11% azdır.