Ekologiya

Külək, yağış, sulu qar - İstirahət gününün - HAVA PROQNOZU

Külək, yağış, sulu qar - İstirahət gününün - HAVA PROQNOZU | FED.az
19:06 27 Sen 2019

Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Eləcə də bax: Xaçmazda insan istehlakı üçün yararsız ət - AŞKARLANIB

Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda  20-25,  dağlıq rayonlarda  13-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  Havanın maksimal temperaturu 20-24,  dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər