Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir keçiriblər.
FED.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Xaçmaz rayon sakini Nicəsur Mövsümə məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkarlanaraq götürülüb.
Eləcə də bax: “Leş Tofiq” və onun dəstəsinin üzvləri - İFŞA EDİLİB
Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Report