Növbəti ildə yerli (yerli özünüidarəetmə orqanları - bələdiyyə) büdcələrə cəmi 12,5 milyon manatın ayrılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu 2023-cü illə müqayisədə 1,1 milyon manat və ya 9,7 faiz çoxdur.
O cümlədən onların gəlir və xərclərini tənzimləmək məqsədilə 6,5 milyon manat dotasiya, məqsədli xərclər üçün 1,6 milyon manat subvensiya ayrılıb.
Qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün 4,4 milyon manat subsidiya nəzərdə tutulub.