2024-cü il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 105,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,0 mln. manat və ya 4,5% azdır.
Fed.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
2023-cü ilin 8 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 89,2 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2023-cü il üçün illik proqnozun (110,0 mln. manat) 81,1%-nə bərabər olmaqla, 8 ayın proqnozundan (69,2 mln. manat) 20,0 mln. manat və ya 28,9% çoxdur.
Cari ilin altı ayında özəlləşdirmədən daxilolmalar üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc üzrə qalıq məbləğ 9,9 mln. manat azalaraq 16,3 mln. manat təşkil edib.