Xəbər verildiyi kimi, bu gün iyulun 19-da prezident İlham Əliyevin sərəncamı ilə Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Eləcə də bax: Prezident Dövlət Agentliyinə sədr - TƏYİN ETDİ - SƏRƏNCAM
FED.az xəbər verir ki, Samir İdayətov bu təyinata qədər də məsul dövlət vəzifələrində çalışıb.
Samir Ayət oğlu İdayətov 10 may 1980-cı ildə anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib.
2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.
2011-2014-cü illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib.
2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini . 10.11.2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.