Bələdiyyənin sədr müavini dövlət qulluğuna təyinat alıb.
FED.az AzNews.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavini təyin edilib.
Qeyd edək ki, ötən il prezident İlham Əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.Əhmədova “Tərəqqi” medalı ilə təltif edilib.