Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçovun bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsinə diqqət çəkib.
FED.azxəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“Qırmızı qərənfillər Qara 20 Yanvarın, Azərbaycan xalqının müqavimətinin və müstəqillik arzusunun simvolu oldu. Qəribədir ki, Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb”,- H.Hacıyev qeyd edib.