Prezident İlham Əliyev S.Ə.Seyidəhmədlinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilməsi haqqında Azərbaycan Sərəncam imzaladı.
«Paşa Holdinq»in keçmiş əməkdaşı – Prezidentin Naxçıvanda - SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2023-cü il