Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli prezidentin Naxçıvanda səlahiyyətli nümaynədəsi təyin edilib.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, yeni təyinat alan Fuad Nəcəfli «Paşa Holdinq»in keçmiş əməkdaşıdır.
O bu vəzifəyə qədər «Sumqayıt Texnologiyalar Parkı»nın Müşahidə Şurasının üzvü olaraq çalışıb.
2016-2019-cu illərdə isə «Generalplan Avstriya» şirkəti nümayəndəliyinin rəhbəri olub.
F.Nəcəfli 2013-2015-ci illərdə PMD Group MMC-də Əməliyyat Meneceri, 2011-2013-cü illərdə isə PAŞA Holding MMC-də audit meneceri vəzifəsində işləyib.
Fuad Nəcəfli 206-2011-ci ilə qədər isə «PAŞA Sığorta» ASC-nin Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb.
O vaxtadək isə F.Nəcəfli 2000-2022-ci illərdə Yerli İqtisad Məhkəməsində katib,
2002-2004-cü illərdə Beynəlxalq Sığorta Şirkətində anderrayter və iddia meneceri,
2004-2005-ci illərdə «Star Alliance Sığorta Şirkəti»ndə Baş Əməliyyat Direktoru olub.
2005-2006-cı illərdə isə F.Nəcəfli «Bank Technique» ASC-də marketinq meneceri olub.