Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Z.Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışıb. Bu vəzifəyə təyin edilənədək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olub.