Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı” ilə mübarizəni davam etdirəcək, 2020-ci ildə biznes tamamilə kölgədən çıxmalıdır. Bunu prezident İlham Əliyev deyib.
Eləcə də bax: Auditorlar Palatası "Kölgə iqtisadiyyatı"na qarşı - TƏDBİRLƏR GÖRƏCƏK
FED.az məlumat verir ki, “Kölgə iqtisadiyyatı” ilə mübarizə davam etdiriləcək. Biznes düzgün işləməlidir, əməkdaşlarla əmək müqavilələri imzalamalıdır. 2020-ci ildə biznes tamamilə kölgədən çıxmalıdır”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti biznesin fəaliyyəti üçün şəffaf şərait yaratmaq və dövlət büdcəsinə vergi daxilolmalarının təminatı məqsədilə gömrük-vergi sistemində islahatlar həyata keçirir.
“Bu islahatlar dövlət büdcəsinin gəlirlərinə müsbət təsir edir. Yalnız 2020-ci ilin yanvar ayında dövlət büdcəsinə əlavə daxilolmalar 160 milyon manat təşkil edib: vergi orqanları plandan artıq dövlət büdcəsinə 120 milyon manat, gömrük orqanları – 40 milyon manat daxilolmalar təmin ediblər”, - prezident əlavə edib.