Parlamentdə Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeni dövlət rüsumları müəyyənləşir - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Milli Məclisin dekabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsi BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 33-cü sessiyası çərçivəsində verilmiş tövsiyələrə uyğun hazırlanıb.
Layihə hazırlanarkən bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilmiş, yekun olaraq, Gürcüstan dövlətinin təcrübəsindən istifadə edilmişdir. Bu qanun layihəsində Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycanda dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycanın qanunlarında müvafiq maddələrində "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvəqqəti yerləşdirmə" və "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif edilir.