«İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun».
Neft Fondu İtaliyaya 3 milyard dollar yatırıb – BİRGƏ HƏRBİ İSTEHSAL QURULACAQ
“Ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib”
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev İtaliyanın baş naziri Ciorcia Meloninin Bakıyə səfəri zamanı görüşlərdən sonra mətbuat açıqlamasında bildirib.
Onun sözlərinə görə, İtaliya şirkətləri işğaldan azad edilən ərazilərdə də fəal işləyirlər: «O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir».
Prezident bildirib ki, iki ölkə arasında təhsil sahəsində də ciddi əlaqə yaranıb: «Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar».













