Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.
2026-cı ilin dövlət büdcəsi göstəriciləri – AZALAN VƏ ARTAN XƏRCLƏR
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, belə ki, artıq bəzi icra hakimiyyətlərində şöbələr bir-birləri ilə birləşdirilir və onların tərkibində daha az sayda işçiləri olan sektorlar yaradılır.
Prezident 2026-cı ilin büdcəsini təsdiqlədi – RƏQƏMLƏR, QANUN, TAM MƏTN
Məsələn, bəzi icra hakimiyyəti orqanlarında «Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş» şöbəsi ilə «İctimai-siyasi və humanitar məsələlər» şöbəsi və «İnformasiya təminati və təhlil» sektoru birləşdirilib. Onların yerində «Ərazi-təşkilat və ictimai-siyasi məsələlər» şöbəsi və onun tərkibində bir neçə sektor yaradılşıb.
Bundan başqa, bəzi icra hakimiyyətində «Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdirilmasi» şöbəsi ilə «Memarliq və tikinti» şöbəsi birləşdirilərək «Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri» şöbəsi yaradılıb. Bu şöbənin daxilində isə sosial-iqtisadi və memarlıq-tikinti sektorları yaradılıb.
İxtisar prosesi icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.
Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:
Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə – icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) – İcra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.
Başqa sözlə, qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırılanda əhali sayı nəzərə alınıb. Əhalisi 10 min nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3, 10 mindən çox olanda 4 əməkdaşı olacaq.









