Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 2026-cı ildə Azərbaycan büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat həcmində təsdiqlənib.
Prezident: "Biz borc götürəcəyik, qərar vermişik"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin bölgüsü də dəyişib. 2026-cı ilin dövlət büdcəsinin xərclərində 2025-ci illə müqayisədə əhəmiyyətli dəyişiklik iqtisadi fəaliyyət, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, həmçinin müdafiə və milli təhlükəsizlik xərclərində olub.
Belə ki, bu illə müqayisədə gələn il iqtisadi fəaliyyət xərcləri 520 milyon 891 min manat (6,2%) azalıb.
Bununla yanaşı, müdafiə və milli təhlükəsizlik xərcləri 321 milyon 284 min manat (3,8%), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 144 milyon 287 min manat (4,5%) artıb.
Həmçinin təhsil xərcləri 79 milyon 114 min maant (1,6%), səhiyyə xərcləri 30 milyon 736 min manat (1,5%) artıb.
2026-ci ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərin əsas hissəsi 2025-ci illə müqayisəli şəkildə aşağıdakı cədvəldə göstərilib:
|
S/N |
Xərclərin istiqaməti |
Xərclərin məbləği - 2026 (manat) |
Xərclərin məbləği - 2025 (manat) |
Fərq (manatla) |
Fərq (%-lə) |
|
1 |
Ümumi dövlət xidmətləri |
5 517 989 377 |
5 261 728 956 |
256 260 421 |
4.90% |
|
2 |
Müdafiə və milli təhlükəsizlik |
8 717 581 860 |
8 396 297 596 |
321 284 264 |
3.80% |
|
3 |
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və |
3 336 289 717 |
3 192 002 515 |
144 287 202 |
4.50% |
|
4 |
Təhsil |
5 016 397 622 |
4 937 283 246 |
79 114 376 |
1.60% |
|
5 |
Səhiyyə |
2 024 314 550 |
1 993 578 359 |
30 736 191 |
1.50% |
|
6 |
Sosial müdafiə və sosial təminat |
4 872 958 194 |
4 751 730 807 |
121 227 387 |
3% |
|
7 |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət |
632 144 031 |
621 779 862 |
10 364 169 |
1.70% |
|
8 |
Mənzil və kommunal təsərrüfatı |
334 479 395 |
369 908 011 |
- 35 428 616 |
-9.60% |
|
9 |
Kənd təsərrüfatı |
1 226 493 766 |
1 203 805 845 |
22 687 921 |
1.90% |
|
10 |
Ətraf mühitin mühafizəsi |
415 783 826 |
414 191 558 |
1 592 268 |
0.40% |
|
11 |
İqtisadi fəaliyyət |
7 856 634 765 |
8 377 525 915 |
- 520 891 150 |
-6.20% |
|
12 |
Əsas bölmələrə aid edilməyən xərclər |
1 752 532 897 |
1 887 767 330 |
- 135 234 433 |
7.20% |









