Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
FED.az xəbər verir ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji əlaqələr, nəqliyyat-logistika məsələləri müzakirə olunub. Eləcə də, Orta Dəhliz, bu sahədə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.














