Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və «ASAN Xidmət»in sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər. Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb və çıxış edib.
Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının da təqdimatı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.