Nazirlər Kabineti torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanı müəyyən edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Eləcə də bax: Azərbaycanda “biznes cənnəti” işə düşür – VERGİ, GÖMRÜK YOXDUR
Qərarda deyilir ki, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilib.
Eləcə də bax: Bələdiyyədən alınan torpaqlarla bağlı - Konstitusiya Məhkəməsindən Qərar
İqtisadiyyat Nazirliyi “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı tədbirləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qaradağ Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələlərin həlli ilə bağlı səlahiyyətləri daxilində İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini təmin etməlidir.
Bununla yanaşı, qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət ehtiyacları üçün alınacaq torpaqların xəritəsi və yerləşdiyi ərazilər göstərilməyib və açıqlanmayıb. Qərarda bu xəritələr yoxdur.
Qərarın istinad edildiyi prezident fərmanında bildirilir ki, həmin ərazilər bu fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilib. Amma fərmanın dərc edildiyi rəsmi dövlət resurslarında da 1-3 nömrəli əlavələr göstərilməyib və bu xəritələr açıqlanmaylb. Bu isə mühüm dövlət layihəsi üçün torpaqların alınması prosesində qeyri-şəffaflığa səbəb ola bilər. Belə ki, sözügüdən ərazidə torpağı olan və onu dövlətə satmalı olacaq bütün fiziki və hüquqiq şəxslər, eləcə də ictimaiyyət həmin torpaqların dəqiq yerləşməsini görə bilməlidir.