Prezident İlham Əliyev iki rayonun icra hakimiyyəti başçısını dəyişib.
FED.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Masallı və Ağcabədi rvyonlarının rəhbərliyində dəyişiklik edilib.
Sərəncamlarla Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Eləcə də bax: Bakıda və rayonlarda icra başçıları - DƏYİŞDİRİLİR – TƏYİNATLAR - YENİLƏNİR…