Prezident İlham Əliyev Bakıda və regionlarda yerli icra hakimiyyəti başçılarının dəyişdirilməsinə başlayıb.
FED.az xəbər verir ki, dövlət başçısının gün ərzində imzaladığı Sərəncamlarla əvvəlcə Şirvan şəhərinin icra başçısı Mərdan Camalov vəzifəsindən azad edilərək Zərdab rayonuna icra başçısı vəzifəsinə göndərilib. Zərdabın indiyə qədərki icra başçısı Lütvəli Babayev işdən azad edilib.
Eləcə də bax: Yasamalın yeni icra başçısı kimdir? - DOSYE
Bakının Suraxanı rayonunun icra başçısı İlqar Abbasov isə bu vəzifədən azad edilərək Şirvan şəhərinə icra başçısı təyin edilib.
Suraxanı rayonuna isə Əziz Əzizov başçı təyin edilib. Onun yerinə – Yasamal icra hakimiyyətinə isə Yasamaldan seçilmiş deputat Elşad Həsənov təyin edilib.
Daha bir dəyişiklik isə Xətai rayonunda baş verib.
Prezidentin sərəncamları ilə rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Rafiq Quliyev, rayon icra başçısı təyin edilib.