2024-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 68 milyard 97,2 milyon manat və ya hər nəfərə orta hesabla 6676,1 manat olub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlirləri 59 milyard 979,6 milyon manat təşkil edib.