2024-cü ilin yanvar-oktyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 2 milyard 863,6 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Məlumata görə bu real ifadədə 12,1% artım deməkdir.
Onun da 72,3 faizi əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,1%-i və ya 1 milyard 004,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.